Suraxanıda ev yanıb

21:36 - 7 May 2018 - HADİSƏ

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 m olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata əsasən, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 5 m² sahədə və məişət texnikaları əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti