İnstaqramda yeni funksiya istifadəyə verildi

20:15 - 7 May 2018 - DİGƏR

İnstaqram foto servisinin komandası ödəniş funksiyasını sınaq rejimində istifadəyə verib. “Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, funksiya debet və ya kredit kartlarından istifadəyə imkan verir və təhlükəsizlik məqsədilə PIN kod tələb edir. İlkin sazlamadan sonra istifadəçi birbaşa İnstaqram proqramı üzərindən alış-veriş edə bilər.

Xəbər xətti