Medvedevin baş nazir postuna namizədliyi Dumada sabah müzakirə olunacaq

Rusiya Dövlət Duması Dmitri Medvedevin baş nazir postuna namizədliyinə mayın 8-də baxacaq.   APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Liberal Demokrat Partiyası fraksiyasının sədr müavini Yaroslav Nilov bildirib.   Onun sözlərinə görə, sabah saat 15:00-da Duma Şurasının iclası keçiriləcək: "Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyinə baxılacaq".   Qeyd edək ki, bu gün Rusiya hökuməti istefaya gedib. Prezident Vladimir Putin bu gün keçirilən andiçmə mərasimindən sonra hökumətin sədri vəzifəsinə Dmitri Medvedevin namizədliyini irəli sürüb. 
Tarix
7 May 2018 [19:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin