Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 20 faiz artıb

18:42 - 7 May 2018 - İQTİSADİYYAT

Bu ilin aprelində Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 846,5 milyon dollar (18,3 faiz) artaraq 5465,8 milyon dollara çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend Mərkəzi Bankın hesabatına istinadən məlumat verir. Bir ay ərzində bankın valyuta ehtiyatları 42,2 milyon dollar azalıb.

Ötən il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollaradək və ya 34,2 faiz artıb.

Xəbər xətti