Ana səhifə
23 Sentyabr 2018

Xanım məmur bacısının bıçaqlanmasından danışdı

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bacısının həyat yoldaşı tərəfindən bıçaqlanması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

 

Ucnoqta.az xəbər verir ki, AzVision.az-a açıqlamasında Vəsilə Möhsümova bacısı Təzəgül Möhsümovanın bıçaqlanması xəbərinin doğru olmadığını deyib.

“Çox təəssüf edirəm. Burada hər hansı bir yalnış anlaşılma olub”-deyə V.Möhsümova vurğulayıb.

Qeyd edək ki, bu barədə axar.az saytı məlumat yayıb. 


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.

Bildirilir ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının durumunun stabilləşdiyi qeyd edilir. T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur. 

 

Tarix
9 Oktyabr 2014 [17:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin