Salyanda iki avtomobil toqquşub

22:45 - 6 May 2018 - HADİSƏ

Salyan şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində Salyan şəhər sakinləri - 1988-ci il təvəllüdlü Babayev Elçin Mehman oğlu, 1951-ci il təvəllüdlü Qasımov Habil Kazımağa oğlu və 1998-ci il təvəllüdlü Dadaşov Üzeyir Qafar oğlu xəsarət alıb. Yaralılar müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti