"Neftçi" "Qarabağ"a qarşı- XXVI turun son oyunu

10:46 - 6 May 2018 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun son oyunu keçiriləcək. Çempion "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək. Saat 19:00-da başlanacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək. Hazırda "Qarabağ"ın 62, "Neftçi"nin 37 xalı xalı var. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan flaqman üçün məğlubiyyət ağır nəticələr verə bilər. Bu səbəbdən Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanmağa çalışacaq. Lakin bu, çox çətin görünür. "Neftçi" son 9 matçda "Qarabağ" üzərində qələbə qazana bilməyib. Ağdam komandası isə 6 oyundur evdə meydanı qolsuz tərk etmir. İki komanda indiyədək 71 dəfə üz-üzə gəlib. Bunlardan 27-də "Qarabağ", 18-də "Neftçi" qalib gəlib, 26 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də ağdamlıların xeyrinədir - 76:63. Qeyd edək ki, turun ilk 3 qarşılaşmasında "Kəpəz" "Sumqayıt"la, "Qəbələ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Səbail" isə evdə "Zirə"yə uduzub - 0:1. Report

Xəbər xətti