Şamaxıda ana doğuşdan sonra ölüb

21:21 - 5 May 2018 - HADİSƏ

Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb. Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. A.Binyətovanın ölüm səbəbi hələlik məlum deyil.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti