Ana səhifə
17 Noyabr 2018

Azərbaycanlı rəssamın bu əsəri Britaniyada 68,500 funt-sterlinqə satılıb +FOTO

Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun “Böyük qoç” (1982) adlı rəsm əsəri Böyük Britaniyanın “Sotheby's” hərrac evində 68,500 funt-sterlinqə (107, 400 dollar) satılıb.


 

Ucnoqta.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hərrac evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində böyük rolu olub.

T. Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünya sərgi salonlarında, rəsm qalereyalarında, incəsənət muzeylərində nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib. 

 

Tarix
5 Dekabr 2014 [20:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin