UEFA-dan Simeoneyə ağır cəza- 4 oyun+ 10 min avro

13:10 - 5 May 2018 - İDMAN

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını açıqlayıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  argentinalı mütəxəssis Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəbindən 4 oyunluq cəza alıb. Çalışdırıcı 10 min avro məbləğində cərimələnib. Beləliklə, Simeone Avropa Liqasının finalında "Marsel"la matçda texniki zonada olmayacaq.

Xəbər xətti