Vüsal Qasımlı: Banklar sahibkarlara daha yaxın olmalıdır

12:25 - 5 May 2018 - İQTİSADİYYAT

Azərbaycan bankları sahibkarlara daha yaxın olmalıdır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. V.Qasımlı bildirib ki, bank sektorunun dayağı əhalinin göstərdiyi etimaddır: “Bu gün əsas məqsəd həmin etimadın bərpa olunmasıdır. İpoteka və Kredit-Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlak reyestri kimi institutlar maliyyə imkanlarını genişləndirir. Ölkədə bugünkü iqtisadi vəziyyət bank sektorunun canlanmasına təkan verə bilər”.

Xəbər xətti