Ana səhifə
19 Noyabr 2018

Bu gün Premyer Liqada XXVI turun iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Oyunlardan biri paytaxtda, digəri isə Qəbələdə baş tutacaq. Günün ilk oyununda "Səbail” doğma meydanda "Zirə” ilə üz-üzə gələcək. Bu komandalar yalnız cari mövsüm qarşılaşıblar. İki görüşdə "Zirə” qələbə qazanıbsa, bir qarşılaşma heç-heçə başa çatıb. Top fərqində qonaqların üstünlüyü var – 4:2. "Zirə” rəqibinə qarşı keçirdiyi hər 3 matçda qol vurub. Günün digər matçında "Qəbələ” "Keşlə”ni qəbul edəcək. Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Onlar indiyədək 39 dəfə üz-üzə gəliblər. 11 oyunda "Qəbələ” meydanı 3 xalla tərk edibsə, 14 matçda paytaxt təmsilçisi qələbəyə sevinib. 14 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Keşlə” klubu öndədir - 50-39. Paytaxt klubu həmçinin 10 oyundur rəqibini məğlub edə bilmir. "Qəbələ” bu komandaya qarşı 6 oyundur meydanı qolsuz tərk etmir. Report
Tarix
5 May 2018 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin