SOCAR-ın Gürcüstandakı terminalından neft nəqli azalıb

18:57 - 4 May 2018 - İQTİSADİYYAT

Bu ilin I rübündə Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Kulevi Neft Terminalı 0,4 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 mln. ton azdır. Yanvar-mart aylarında Gürcüstanın dəniz liman və terminallarında, ümumilikdə 2,3 mln. ton yük emal edilib ki, onların da 0,8 mln. tonu Batumi limanı, 1,1 mln. tonu isə Supsa neft terminalının payına düşüb.
Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı illik müqayisədə 11 464 ədəd artaraq 99 674 ədəd təşkil edib.

Xəbər xətti