Hacıqabulda avtomobil dağdan aşıb, ölən və xəsarət alan var

16:12 - 3 May 2018 - HADİSƏ

Hacıqabulda avtomobil dağdan aşıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Udulu kəndi ərazisində “QAZ-66” markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobilin sürücüsü, Qubanın Xınalıq kənd sakini, 50 yaşlı Babayev Zakir Cümşüd oğlu hadisə yerində ölüb. 

Avtomobildə olan Xınalıq sakini, 1992-ci il təvəllüdlü Sənan Babəli oğlu Babəliyev isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti