Ana səhifə
24 Sentyabr 2018

Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək

Bakıda hər il ənənəvi olaraq keçirilən Aİ-Azərbaycan biznes forumu bu il 5 iyun tarixində baş tutacaq. Avropa və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaq.

Ucnoqta.az xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasından Trend-ə verilən məlumata görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri qarşıdan gələn Aİ-Azərbaycan biznes forumunda iştirak etməyə dəvət edir. Forum Bakı şəhərində, JW Marriott Absheron hotelində keçiriləcək.

Biznes forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas hər il keçirilən biznes forumun məqsədi ilə bağlı qeyd edib: "Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Biznes forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.”
Aİ ölkələrinin Azərbaycandakı Ticarət Palataları və innovativ start-up şirkətləri tədbirin keçiriləcəyi məkanın qəbul zalında özlərini təqdim edəcəklər. Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər keçirmə imkanı əldə edəcəklər.

Tarix
3 May 2018 [18:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin