Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!

10:21 - 3 May 2018 - Cəmiyyət

Diaqnostik qiymətləndirilmədə kimlər iştirak edə biləcək?

Təhsil Nazirliyi may ayı ərzində keçiriləcək növbəti diaqnostik qiymətləndirilmədə hansı kateqoriyaya aid şəxslərin iştirak edə biləcəyini açıqlayıb. Ucnoqta.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.
Diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslərin də iştirak etməsi mümkündür.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər.

Xəbər xətti