Goranboyda “Niva” və “Toyota Land Cruiser” toqquşub: 3 nəfər ölüb

23:33 - 2 May 2018 - HADİSƏ

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.apa   Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.   Xatırladaq ki, bu gün Goranboy rayonunda,  Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobilləri toqquşub.   ***   19:38   Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin kimliyi məlum olub.    APA-nın qərb bürosunun məlumatına görə, rayonun Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobillərinin toqquşması nəticəsində Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğlu hadisə yerində ölüb.    Xəsarət alan 6 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardıma baxmayaraq, xəsarət alanlardan biri, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı dünyasını dəyişib.    Xəsarət alanlar arasında üç uşaq var, onların vəziyyəti normaldır. Digər iki nəfərin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.    *** 18.28   Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.   APA-nın yerli bürosunun xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda "Niva" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.   Xəsarət alanlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti