FED uçot dərəcəsini dəyişmədi

23:20 - 2 May 2018 - DÜNYA

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 1,5-1,75% saxlayıb. "Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edilir ki, Federal Ehtiyat Sisteminin mayın 1-2-də keçirilən növbəti iclasında uçot dərəcəsi 1,5-1,75% saxlanılıb. Fevral ayında ABŞ-da baza inflyasiya göstəricisinin aylıq artımı 0,2%, illik artımı isə 1,8% təşkil edib. 

Xəbər xətti