Göyçayda 16 yaşlı qızı maşın vurub

21:13 - 2 May 2018 - HADİSƏ

Göyçay rayonunda piyadanı maşın vurub. Hadisə rayon mərkəzində baş verib. Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti