Sabunçuda avtomobil qaz borusuna dəydi - 2 nəfər öldü

14:19 - 2 May 2018 - HADİSƏ

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki. DİN-dən verilən məlumata görə, mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.

Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti