Ana səhifə
17 Oktyabr 2018

ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq

ABŞ-da “3G” şəbəkəsindən istifadə dayandırılacaq. Belə ki, ölkənin nəhəng mobil rabitə operatorlarından biri “Verizon” şirkəti “CDMA” və “EV-DO” (3G) şəbəkələrini ləğv etməyə hazırlaşır.

 

 

Ucnoqta.az bildirir ki, ABŞ-ın Serbiya əsilli sakini Milan Milanoviç aşkar edib ki, Klivlend və Manhetten şəhərlərində “LTE” şəbəkələrində məlumatların ötürülməsi üçün operator əvvəllər “EV-DO” şəbəkəsi üçün ehtiyatda saxlanılan 1900 MHs tezliyindən istifadə edir. “Verizon” nümayəndəsi bildirib ki, bu, yalnız sınaq olub və şirkət keçidə hələ ki tam hazır deyil.   

Operatorun “3G” şəbəkəsindən “LTE”-yə keçidi başa çatdırması üçün kifayət qədər çox vaxt lazımdır. Hazırda “Verizon”un inkişaf etmiş infrastruktura və “LTE”-nin geniş əhatə zonasına malik olmasına baxmayaraq onun şəbəkəsində fəaliyyət göstərən mobil aparatların 41 faizi “LTE”-ni dəstəkləmir. Şirkət tərəfindən “CDMA” və “EV-DO” şəbəkələrinin istismarının bu standartlarda mobil rabitə xidmətlərinə tələbatın azalması ilə əlaqədar dayandırılması güman edilir (mincom.gov.az)

Tarix
5 Dekabr 2014 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin