Ağdamda parklardan oğurluq edən şəxs tutulub

10:33 - 2 May 2018 - HADİSƏ

Ağdamda parklardan dəmir məhəccər oğurlayan şəxs saxlanılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdüu Əlizadə İlqar Piriş oğlu rayon ərazisində yerləşən park və çay evinin hasarına bərkidilmiş dəmir məhəccərləri sökərkən Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır, İ.Əlizadənin digər oğurluq əməllərinin olub-olmadığı araşdırılır.

Xəbər xətti