ABŞ Suriyanı bombaladı, 25 dinc sakin öldü

17:35 - 1 May 2018 - DÜNYA

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumu nəticəsində Suriyada 25 dinc sakin ölüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər Əl-Fadil kəndinin sakinləri olublar. Onların arasında yaşlı insanlar, həmçinin uşaq və qadınlar var. Bir neçə yaşayış evi dağılıb. 

Xəbər xətti