Jurnalistlər də Məhəmməd Salahı seçdi

19:38 - 1 May 2018 - İDMAN

Məhəmməd Salah jurnalistlərin versiyasına görə ən yaxşı futbolçu seçilib

 İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah jurnalistlərin versiyasına əsasən, Premyer Liqanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb. "Report"un məlumatına görə, səsvermədə İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının 400 üzvü iştirak edib.

Misirli yarımmüdafiəçi "Mançester" Siti" klubunun futbolçusu Kevin De Brüyneni qabaqlayıb. III yerə isə "Tottenhem" klubunun futbolçusu Harri Keyn layiq görülüb.

Qeyd edək ki, Məhəmməd Salah daha əvvəl İngiltərə Futbol Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu mükafatını alıb. 

Xəbər xətti