Hikmət Hacıyev BMT Baş Assambleyasının komitə iclasında iştirak edir

19:17 - 1 May 2018 - SİYASƏT

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edir.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, konfrans 1-2 may tarixlərində keçirilir.

Qeyd edilir ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.

Xəbər xətti