Səfir: TAP Azərbaycan və İtaliya üçün əsas layihələrdən biridir

18:45 - 1 May 2018 - İQTİSADİYYAT

Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsi Azərbaycan və İtaliya hökumətləri üçün əsas məsələlərdən biridir. Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Səfir bildirib ki, bu layihə bütün Avropanın maraqlarını birləşdirir:

“Çünki söhbət ölkələrin enerji təchizatı mənbələrinin diversifikasiyasından gedir. Bildiyiniz kimi, Xəzər regionundan qaz İtaliya vasitəsilə Avropanın digər ölkələrinə çatdırılacaq, ona görə biz də bu şəbəkənin inkişaf etməsində maraqlıyıq”.

A.Massari həmçinin əlavə edib ki, layihənin reallaşdırılması zamanı üzə çıxan çətinliklər öz həllini tapıb və onun icra olunmasına mane olmayacaq:

“İtaliya ilə Azərbaycan arasındakı sıx dostluq və strateji tərəfdaşlıq deməyə imkan verir ki, bütün məsələlər həll olunacaq”.

Xəbər xətti