Ana səhifə
14 Noyabr 2018

Ana oğlu üçün İŞİD liderinə müraciət etdi

Son günlərdə az qala bütün dünyanın qarşısında acız qaldığı İraq Şam İslam Dövləti (İŞİD)  öz terror fəaliyyətlərinə davam etdiyi bir zamanda acılı bir ananın El Bağdadiyə müraciəti yayılıb. Belə ki, İŞİD-in əsir götürdüyü ABŞ vətəndaşı Peter Kassigin anası “Twitter” sosial şəbəkəsindən  mesaj göndərib. Müsalman olan və adını Abdul Rəhman olaraq dəyişdirən əsir Peter Kassigin anası oğlunun aqibətini öyrənmək məqsədi ilə terror təşkilatının liderinə çağırış edib.  Paula Kassig öz şəxsi “Twitter” hesabından atdığı tvitdə “ Oğlumun aqibəti ilə bağlı xəbər almaq üçün İŞİD ilə əlaqə qurmağa çalışıram. Mən yaşlı bir qadınam və Abdul Rahman da mənim tək övladımdır. Dövlət tərəfindən yardım almadan öz hesabımıza yaşayırıq. Sizinlə danışmaq istəyirik. Sizinlə necə əlaqə saxlaya bilərik?”  sözlərini yazıb. Qeyd edək ki, Paulo Kassing mesajın əvvəlində Əl Bağdadiyə “xəlifə “ deyə müraciət edərək bu mesajını İŞİD üzvü olan şəxslərin şəxsi hesablarına göndərib. Xatırladaq ki, Peter Kassing 2012-ci ildə Suriyalı qaçqınlara yardım etmək üçün ABŞ-dan Livana  köçüb. Ailəsinin dediyinə görə artıq bir ildir ki, Peter İŞİD-in əlindədir.

 

Samir Mehralıyev
 

Tarix
9 Oktyabr 2014 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin