Sankt-Peterburqda 3 nəfər tankın altında qaldı

21:00 - 30 Aprel 2018 - DÜNYA

Sankt-Peterburqda keçirilmiş hərbi festival zamanı 3 nəfər tankın altında qalıb. Trend-in məlumatına görə, poliqonda tankların yürüşü zamanı tankın üzərində olan 3 nəfər yerə yıxılıb. Bu zaman tank onların üzərinə çıxıb. Əvvəlcə həmin şəxslərin həlak olduğu barədə məlumat verilsə də, daha sonra həmin şəxslərin xəsarət aldığı bildirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Xəbər xətti