Ana səhifə
14 Noyabr 2018

Mehriban Əliyeva güləşi izlədi – FOTOLAR

Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib.

 

 

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də olub. Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.  Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxıblar.

 

1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib.

 

Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

 

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğulayıb. 

Tarix
5 Dekabr 2014 [09:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin