Ana səhifə
16 Fevral 2019

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü oldu

Türkyədə Kültür və Turizm Bakanlığının dəstəyilə ənənəvi olaraq keçirilən 9-cu Uluslararası Turizm Karikaturaları Yarışması başa çatıb.

Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Rəssamın Ucnoqta.az-a verdiyi məlumata görə, qalibləri mükafatlandırma mərasimi İzmirdəki Four Points Sheraton otelində baş tutub. Yarışma ilə bağlı 6 gün davam edən tədbirlər aprelin 29-da başa çatıb. 

Müsabiqədəki iştirakı ilə bağlı S.Soltanlı bunları deyib: “Hələ 2001-ci ildə bu ölkədə düzənlənən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada isə hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yer qazanıb.”  

Tarix
30 Aprel 2018 [13:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin