Ana səhifə
24 Sentyabr 2018

Premyer Liqanın XXV turu Qurban Qurbanov üçün əlamətdar olub

Premyer Liqanın XXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Ucnoqta.az PFL-ə istinadən xəbər verir ki, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Q.Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.
İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

Q.Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etmiş Ağasəlim Mircavadovdan geri qalır.

Tarix
30 Aprel 2018 [19:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin