Ana səhifə
12 Dekabr 2018

Millimizə Xorvat məşqçini Hafkanın oğlu gətirib - Müsahibə (Foto)

Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin milli komandamıza baş məşqçi təyinatında iş adamı Hafiz Məmmədovun – Hafkanın oğlu vasitəçilik edib. 

 


Ucnoqta.az xəbər verir ki , Axar.az-a daxil olan özəl məlumatda deyilir ki, Xorvatiyanın Azərbaycanda fəxri konsulu olan Kənan Məmmədov xorvat məşqçinin ölkəmizə gətirilməsində rol oynayıb. K.Məmmədovun Prosineçkinin Azərbaycana gəlişinə razılaşmasında menecerlik etdiyi vurğulanır. 


“Bakı” klubunun prezidenti olan Hafiz Məmmədov Apasport.az-a müsahibəsində dolayısı il bu fakta eyham vurub. Hafka qeyd edib ki, Robert Prosineçkinin təyinatını dəstəkləyir: 


“Bu təyinat mənim üçün xoş oldu. Bildiyiniz kimi, böyük oğlum həm də Xorvatiyanın ölkəmizdəki fəxri konsuludur. Azərbaycanla bu ölkə arasında da sıx əlaqələr var. Üstəlik, Xorvatiya futbolu da çox güclüdür, yaxşı nəticələr qazanıblar. Onun məşqçi kimi uğura ac olması müsbət məqamdır. Bu adam yığmamızla uğur qazanmaq üçün əlindən gələni edəcək”. 


Artıq Prosineçkinin yerli köməkçiləri də dəqiqləşib. Xorvatiyalı mütəxəssisə 3 həmyerlimiz kömək edəcək. Bunlar Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizovdur.

 

Tarix
5 Dekabr 2014 [01:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin