Şamaxı sakini göldə çimərkən batıb

12:18 - 29 Aprel 2018 - HADİSƏ

Şamaxı rayon sakini göldə çimərkən batıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.   Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.   Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   Qeyd edək ki, Şirvangöl su anbarı kimi polis əməkdaşları tərəfindən mühafizə edilir və göldə vətəndaşların çimməsi qadağandır

Xəbər xətti