Göyçayda yol qəzası baş verib

16:13 - 28 Aprel 2018 - HADİSƏ

Göyçay rayonunda yol qəzası baş verib. Hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb. Rayon sakini 1987-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Rəsulov idarəetməni itirərək "VAZ 2106" markalı avtomobili hasara çırpıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.trend

Xəbər xətti