Maradona baş məşqçi vəzifəsindən istefa verib

15:48 - 28 Aprel 2018 - İDMAN

Dünya futbolunun əfsanəsi Dieqo Maradona yenidən işsiz qalıb. Ucnoqta.az Apasport.az -a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “El-Fudjeyra” klubundan ayrılıb.   O, ötən ilin mayından işlədiyi I divizion komandasını yüksək dəstəyə yüksəldə bilmədiyi üçün istefa verib.     Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində, 2011-2012-ci illərdə isə “Əl-Vasl” (BƏƏ) klubunda çalışıb.

Xəbər xətti