Bakıda bankda ölüm- narkotikdən

13:44 - 28 Aprel 2018 - HADİSƏ

Bakıda bankda ölüm hadisəsi baş verib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində paytaxtın Nərimanov rayonunda, "Muğanbank"ın ofisində baş verib. Paytaxtda təmizlik işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, bankda təmizlik aparan, 1991-ci il təvəllüdlü Yusifov Cavid Davud oglu binanın hamam otağında dünyasını dəyişib. İlkin ehtimala görə, C.Yusifov yüksək dozalı narkotik qəbul edib və maddənin təsirindən dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayonunda araşdırmalar başlanılıb. Meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib.

Xəbər xətti