Ana səhifə
26 Sentyabr 2018

“Şuşam mənim”

Sevinc Əsədova: “Dünya birliyi, nəhayət bizim haqq səsimizi eşitməlidir”

 

 

Sentyabrın son həftəsindən etibarən ADNA-da "Şuşam mənim" adlı video-çarx müsabiqəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə məlumat verən ADNA TGT sədr müavini Sevinc Əsədova  video-çarxların oktyabrın 10-na qədər qəbul ediləcəyini bildirdi. Onun sözlərinə görə, belə bir layihənin həyata keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onlarda bu istiqamətdə dünyagörüşünün inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. S.Əsədova bildirdi ki, artıq 20 ildən çoxdur Dağlıq Qarabağ və ondan kənar 7 rayonumuz Ermənistanın apardığı işğalçılıq siyasətinin qurbanına çevrilib.

“Neçə illlərdir  davam edən münaqişə ilə əlaqədar olaraq mürəkkəb bir geosiyasi proseslərin “epsentrində” dayanan dövlətimizin öz haqq səsini dünya ictimaiyyətinə çatdırması üçün bütün imkanlardan istifadə edilməlidir. “Şuşam mənim” layihəsi də bu mənada böyük əhəmiyyət kəsb edir və dünyada yaşayan hər bir Azərbaycan insanı bu istiqamətdə öz səyini əsirgəməməlidir. Dünya birliyi, nəhayət bizim haqq səsimizi eşitməlidir”.

S.Əsədova bildirdi ki, videolar 13 oktyabr 2014-cü il tarixinədək şəxsən layihənin təşkilat komitəsinə təqdim edilə və ya [email protected] elektron poçtuna göndərilə bilər.

Gənclər həmçinin Facebookda yaradılmış "event"  vasitəsilə layihənin gedişi barədə məlumatlana bilərlər.

 

ADNA mətbuat xidməti

Tarix
9 Oktyabr 2014 [17:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin