Bakıda Formula 2 pilotlarının birinci yarışı başlayıb

12:42 - 28 Aprel 2018 - İDMAN

Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışına start verilib. 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər. Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq. Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb. Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək. Sabah isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.trend

Xəbər xətti