Salyanda “KaMAZ” “Mercedes”lə toqquşub: ölənlər var

09:46 - 28 Aprel 2018 - HADİSƏ

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, “KaMAZ” markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb. Hər iki meyit morqa gətirilib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti