“Qarabağ” səfərdə “Zirə”yə qalib gəldi

21:46 - 27 Aprel 2018 - İDMAN

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Çempionluğunu təmin etmiş “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Matçda qapılara 3 qol vurulub. “Qarabağ” 55-ci dəqiqədə hesabı açsa da, “Zirə” 61-ci dəqiqədə cavab qolunu vurub. Lakin, Ağdam təmsilçisi son saniyələrdə qələbə qolunu vurmağa nail olub. 5 oyundur qalib gələ bilməyən “Zirə” 35 xalla 5-ci pillədə qalıb və avrokuboklara qatılmaq şansını çətinləşdirib. “Zirə” - “Qarabağ” - 1:2 Qollar: A. Dedov, 61 - D. Gerye, 55; Miçel, 90+3qafqazinfo

Xəbər xətti