Ölü dəniz daşıb- 9 nəfəri öldürdü

23:12 - 27 Aprel 2018 - DÜNYA

Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində itkin düşən israilli tələbələrin 9-nun cəsədi tapılıb, daha 1 nəfərin cəsədinin axtarışları davam edir. Trend-in məlumatına görə, daşqınlara İsrail ərazisində iki gün ərzində yağan aramsız yağıntılar səbəb olub. Yağıntılar nəticəsində Ölü dənizə axan çayların səviyyəsi kəskin artıb. Bildirilir ki, daşqın zonasında 25 nəfərdən ibarət turist qrupu olub. İsrailin baş naziri Benyamin Netenyahu özünün "Twitter" səhifəsində həlak olanların ailələrinə başsağlığı verib.

Xəbər xətti