Ana səhifə
22 Sentyabr 2018

Mourinyo Salah haqqında: "Fiziki və psixoloji hazırlığa malik deyildi"

"Salahı mən satmamışam" - Mourinyo
 
"Salahı mən satmamışam. Əksinə, onunla müqaviləni mən bağlamışdım". Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, bunu "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Çelsi"yə rəhbərlik etdiyi vaxt Məhəmməd Salahdan imtina etməsinə dair xəbərlərə münasibət bildirərkən deyib. Portuqaliyalı mütəxəssis misirli hücumçunun İtaliya "Roma"sına gedişində rolunun olmadığını iddia edib: "Salah "Çelsi"yə gələndə çox gənc idi. O, lazımi fiziki və psixoloji hazırlığa malik deyildi. Sosial və mədəni çətinliklər yaşayırdı. Onun üçün hər şey çox çətin idi. Salahı satmağa mən qərar verməmişəm".

Qeyd edək ki, hazırda "Liverpul" forması geyinən Məhəmməd Salah "Çelsi"də 2014-cü ilin yanvarından 2015-ci ilin fevralınadək çıxış edib. O, 13 oyuna 2 qol vurub.
Tarix
27 Aprel 2018 [20:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin