Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

20:34 - 27 Aprel 2018 - İDMAN

 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. "Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah ən yaxşı oyunçu adına layiq görülüb.

Misirli yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan sorğuda 92 faiz səs toplayıb. İspaniyanın "Real Madrid" komandasının müdafiəçisi Marselo isə 8 faiz səs yığıb. 

Qeyd edək ki, Məhəmməd Salah Çempion Liqasının yarımfinal mərhələlsinin ilk görüşündə doğma meydanda İtaliyanın "Roma" komandasını 5:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.  

Xəbər xətti