Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub

11:21 - 27 Aprel 2018 - HADİSƏ

Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinən dəstənin digər üzvü Orxan Məmmədli saxlanılıb.

Bundan əvvəl isə dəstənin digər üzvləri - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.

Xəbər xətti