Tovuzda 29 yaşlı kişini əqrəb sancıb

11:10 - 27 Aprel 2018 - HADİSƏ

Tovuz rayon sakinini əqrəb sancıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.

Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Xəbər xətti