Yasamalda ”Hyundai” yol ayrıcısına çırpılıb: qadın sürücü ölüb

22:51 - 26 Aprel 2018 - HADİSƏ

Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili yol ayrıcısına çırpılıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili yol ayrıcısına çırpılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

Xəbər xətti