Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək

22:48 - 26 Aprel 2018 - Xəbər

Azərbaycanda 1-6 may tarixlərində IV Britaniya Film Baharı Festivalı keçiriləcək.  

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu "British Council Azerbaijan"ın təmsilçisi Dilarə İbrahimova deyib. Onun sözlərinə görə, festival  "British Council",  Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində keçiriləcək.
Festivalda 8 ən yaxşı Britaniya fili nümayiş olunacaq.
"British Council Azerbaijan"ın direktoru Elizabet Uayt isə deyib ki, bu festivalın keçirilməsində məqsəd Britaniya filmlərini, film rejissorlarını Azərbaycan tamaşaçılarına tanıtmaq, habelı innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq, yaradıcılıq mübadiləsi üçün imkanlar axtarıb tapmaqdır.

Britaniyanın Azərbaycandakı səfiri Karol Krifts festivalla bağlı fikirlərini bölüşərək Britaniya filmlərinin 2017-ci ildə böyük müvəffəqiyyətə nail olduğunu və auditoriyasının genişləndiyini deyib.

Xəbər xətti