Ana səhifə
27 May 2018

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi  torpaqların  statusu müəyyənləşib.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinin 47-ci maddəsinə ( Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ) dəyişiklik təklif edilir.
Bələdiyyə mülkiyyətinə aid torpaqlar aşağıdakılardır:

- ümumi istifadədə olan torpaqlar;
- hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar;
- ehtiyat fondu torpaqlarır.

Dəyişikliyə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aid edilir.

Tarix
26 Aprel 2018 [21:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin