2018-ci ildə istifadəyə veriləcək elektrik stansiyalarının SİYAHISI

19:36 - 26 Aprel 2018 - Xəbər

Bu il Azərbaycanda generasiya gücünü artırmağa imkan verən bir sıra enerji obyektləri istifadəyə veriləcək.

Bunu “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib. O bildirib ki, 2018-ci ildə 424 meqavatt gücündə Mingəçevir su elektrik stansiyası rekonstruksiyadan sonra işə düşəcək. Bu obyektin rekonstruksiyası 2010-2017-ci illərdə aparılıb:
“Bakıda “Şimal-2” stansiyasında 409 meqavatt gücündə ikinci enerji blokunun tikinti işləri yekunlaşır. Obyektin bu il istifadəyə veriləcəyi gözlənilir. Bundan başqa, 2018-ci ildə Lerikdə 16,5 meqavatt gücündə elektrik stansiyası istifadəyə veriləcək”.
E.Pirverdiyev xatırladıb ki, son illərdə Azərbaycanda kiçik su elektrik stansiyalarının genişmiqyaslı tikintisi aparılıb:

“Artıq bir neçə yeni su elektrik stansiyası uğurla işləyir. Bu il “Astara-1”, “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kimi kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır”.

Qeyd edək ki, hazırda Azərbaycanın elektrik enerjisi sisteminin gücü 6 min meqavattdan çox təşkil edir.trend

Xəbər xətti