Ana səhifə
16 Oktyabr 2018

ADGTT-may ayında 3 Beynəlxalq layihədə iştirak edəcək

Bu il may ayının ilk ongünlüyündə ADGTT 3 Beynəlxalq layihədə iştirak edəcəkdir.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, kollektiv mayın 1-dən 6-a dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirmək üşün yola düşəcəkdir. Səfərdə teatrın direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcəkdir. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun  bir sıra görüşləri də planlaşdırılıb.

ADGTT-nın kollektivi may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Anatalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

May ayının 10-dan 16-a dək isə ADGTT-nın kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalında iştirak etmək üçün P.Züskindin “Kontrabas” (ifaçı Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar Artisti Şövqü Hwseynov) ilə yola düşəcək.

Tarix
26 Aprel 2018 [19:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin